Xəbər lenti

Xaçmazda 3 nəfərin öldüyü ağır qəzanın  VİDEOSU
Ölkə14:02 19.02.2018

Xaçmazda 3 nəfərin öldüyü ağır qəzanın VİDEOSU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz-Quba yolunun Xaçmazın Alıc kəndi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ" markalı avtomaşın toqquşub.
Nəticədə 2 nəfər Quba rayonu Nügədi kənd sakinləri 46 yaşlı Zülfüqar Şahbazov və 24 yaşlı Rəşid Qasımov hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 45 yaşlı Elçin Əliyev, 23 yaşlı Cavid Zülfüqarov və 53 yaşlı Iftixar Hacıyev Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, "VAZ 2106"-nın sürücüsü, Elçin Əliyev həyatını xilas etmək mümkün olmayıb. O dünyasını dəyişib. Digər iki nəfərin müalicəsi davam etdirilir.