Xəbər lenti

Xalça Muzeyi ilə Mehdiyevin şirkəti arasında müəmmalı müqavilə
Ekonomiks 16:37 20.04.2026

Xalça Muzeyi ilə Mehdiyevin şirkəti arasında müəmmalı müqavilə

Azərbaycan Milli Xalça Muzeyi "Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 29 500 manat olan müqavilənin məzmunu haqqında məlumat yoxdur. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

"Şərq-Qərb" ASC ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb. Kitab evi özəlləşdirildikdən sonra "Şərq-Qərb" ASC-yə çevrilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin retestr məlumatlarına görə, "Şərq-Qərb" ASC 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 589 880 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.

Şirkət Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, vətənə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən və hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin nəzarətindədir. 

Mediada gedən və indiyə qədər təkzib olunmayan məlumatlarda qeyd edilir ki, şirkətin səhmlərinin 90 faizi Ramiz Mehdiyevin oğlu, keçmiş nazir müaavini Timur Mehdiyevə məxsusdur. 

Timur Mehdiyev 2004-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini, 2006-2011-ci illərdə mədəniyyət və turizm nazirinin mavini, 2011-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, 2014-2025-ci illərdə isə fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışıb. 

Seyid
--> -->