Xəbər lenti

Xalq artistindən ŞOK açıqlama: "Mənə görə çox evlər dağılıb"
Ölkə16:00 12.03.2016

Xalq artistindən ŞOK açıqlama: "Mənə görə çox evlər dağılıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər kişi bir neçə həyat yoldaşı düşünürsə, hamısına eyni diqqəti göstərməlidir. Yaxşı qadının yanından kişi getməz. Qadın özü haqqında düşünəndə, həyat yoldaşını bölüşmək istəməyəndə, eqoist olur".
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova “Bizimləsən” verilişində deyib. Müğənni özü ilə bağlı maraqlı etiraflar edib:
“Xanımın hər şeyə qarşı siyasəti olmalıdır. Əgər arvad həyat yoldaşının ikinci ilə münasibətinə razılıq versə, bunun davamı gələcək. Kişilər acgözdür. Mənə görə çox evlər dağılıb. Açıqca deyirəm, mən buna layiqəm. Qadın kişiyə nəvazişi, hörməti bilib, yaşatmırsa, eləsindən qaçmaq lazımdır. Yaxşı qadından, anadan, başı yerində olan kişi qaçmaz. Qızımın atası ilə yola gedirdim. Dedim ki, mənə “Vağzalı” qismət olmadı. Cavab verdi ki, “Hə, klarnetlə gedib, zurnayla qayıdanlar var”. Müdrik olsan, nəyisə udsan, üstündən keçsən, hə. “Sən mənə niyə xəyanət etdin” deyib, dalaşsan, heç vaxt ailə qura bilməyəcəksən. Qursan da, o ailə dağılacaq”.
Qaynar.info