
Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov deyib. AXCP funksionerinin sözlərinə görə, İctimai Palatanın (İP) Koordinasiya Şurası yaxın vaxtlarda məsələni müzakirə edib qərar verəcək.
H.Kərimov qeyd edib ki, İP digər partiyalarla funksional əməkdaşlıq edir: “Aksiya ilə bağlı qərarı İP verəcək. Təbii ki, başqa partiyalarla da danışıqlar aparılacaq. Bizim qoyduğumuz tələblərə kim cavab versə, aksiyaları onlarla keçirə bilərik”.
AXCP sədrinin müavini vurğulayıb ki, aksiya keçirməkdə israrlıdırlar: “Son aksiyadan da gördünüz ki, ən çox həbs edilənlər AXCP-nin nümayəndələri idi. Cərimələrin artırılması ilə bağlı qanunlar qüvvəyə minəndə demişdi ki, əgər rejimin dəyişdirilməsini qarşımıza məqsəd qoymuşuqsa, bizi nə cərimələr, nə də həbslər qorxuda bilər. Son aksiyalardan da göründüyü kimi xalq meydanlara çıxmaqda israrlıdır”.