Xəbər lenti

Xalq orduya çağırış etdi
Dünya11:18 01.04.2013

Xalq orduya çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Koreya ilə müharibə vəziyyəti elan edən Şimali Koreya rejimi psixoloji savaşı davam etdirir.

Qaynarf.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, Şimali Koreya televiziyası xalqın orduya və rejimə dəstək məqsədilə küçələrə çıxdığını xəbər verib. Xəbərdə ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda on minlərlə insanın iştirak etdiyi bildirilib. Aksiyalarda ABŞ əleyhinə şüarlar səsləndirilib, Şimali Koreya ordusuna ABŞ-ın bombalanması, xəritədən silinməsi ilə bağlı çağırışlar edilib.

Müşahidəçilər isə Şimali Koreyanın ABŞ-a hücum niyyətinin olmadığını, bütün bu addımların ölkənin gənc lideri Kim Çen Inın nüfuzunu artırmağa hesablandığını bildirirlər.

Qaynar.info