
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi hakimiyyətdən getdikdən il yarım sonra hələ də ölkənin ən güclü siyasi fiquru sayılır.
Qaynar.info xəbər verir ki, Parisdə nəşr olunan həftəlik "Journal du Dimanche" qəzetinin apardığı sorğu nəticəsində Sarkozi birinci olub.
İndiki prezident Fransua Olland isə keçirilən rəy sorğusunda 25-ci yerdə qərarlaşıb.
Sarkozinin bu uğuru sorğunu təşkil edən İFOP şirkətini də təəccübləndirib. Şirkət rəhbəri Frederik Dabi Fransa sağçılarının Sarkozini ideallaşdırdıqlarını deyib.
Qaynar.info