"ABŞ-ın sanksiya siyasətinin hədəfi qısa müddətə xalqı rejimlə qarşı-qarşıya gətirmək, uzun müddətə isə İran iqtisadiyyatını çökdürməklə "dirəniş cəbhəsi" adı verilən İranın bölgədəki müttəfiq qüvvələri ilə əlaqəsini kəsməkdir".
Qaynarinfo xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei Qurban Bayramı münasibətilə dövlət televiziyasında çıxış edərkən deyib. O, ABŞ-ın "maksimum təzyiq" adını verdiyi İrana qarşı sanksiyalarının iran xalqına qarşı böyük cinayət olduğunu bildirib.
"Görünüşdə sanksiyalar İran rejiminə qarşı ola bilər, amma əslində sanksiyalar bütün İran xalqına qarşı tətbiq olunmaqdadır. Onların istədiyi olmadı və olmayacaq. Hədəflərini gerçəkləşdirə bilmədiklərini və şiddətli təzyiq mexanizmasının məqsədə çatmadığını özləri də etiraf etdi", - deyə Xameneyi əlavə edib.
Sanksiyaların ölkəyə təsirlərini qiymətləndirən Xamenei fikrini belə davam etdirib.
"Şübhəsiz sanksiyalar bizm üçün problemlərə səbəb olmuşdur. Ancaq bütün problemlər sanksiyalardan qaynaqlanmır. Problemlər bəzən idarəçilikdəki çətinliklərdən qaynaqlanır və son zamanlarda da koronavirusla əlaqəli problemlər ortaya çıxıb".
Çıxışında ABŞ-la müzakirə ehtimalını da rədd edən ali dini lider müzakirələrin İranın regional güc rolundan, nüvə texnologiyasından və daşındırıcı hərbi güc olmaqdan imtina edərək, müdafiəsiz bir hala gəlməsi mənasını daşıdığını bildirib: "Bu səbəbdən ABŞ-la müzakirə aparmayacağımızı söyləyirəm".
Xameneyi Tramp barəsində isə bu fikirləri səsləndirib:
"Əlbəttə müzakirələrdən ABŞ-da iqtidarda olan bu yaşlı adam bəhrələnəcək. Özü üçün və ya seçkilərdə müzakirədən istifadə edəcək".
ABŞ-ın 2018-ci ilin mayında təktərəfli olaraq Nüvə Sazişindən çəkilməsindən sonra İranın razılaşmadakı maraqlarının qorunacağına dair Avropa ölkələri tərəfindən verilən sözlərin yerinə yetirilmədiyini də qeyd edən ali dini lider Avropanın içi boş sözlərlə İranı geri itələdiyini və iqtisadiyyatını pozduqlarını bildirib.
ABŞ-dakı etiraz aksiyaları barədə isə Xamenei bunun ölkə sisteminin çöküşünə yol açacağını deyib.
"ABŞ müxtəlif ölkələrdəki mövcud etirazları yatıra bilər, ancaq bunlar küllərin altındakı köz kimi qalacaqlar Ortadan qalxmayacaq və təkrar alovlanacaq. ABŞ siyasi sistemini çökdürəcəklər. ABŞ özünə düşmən tapmağa çalışır, lakin ən böyük düşməni öz xalqıdır".
Camal