Xəbər lenti

Xamenei İŞİD-dən danışdı
Dünya13:25 30.06.2014

Xamenei İŞİD-dən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Tehranda şəhid ailələrinin üzvləri ilə görüşündə İraqda baş verən hadisələrə münasibətini bildirib.

Qaynar.info-nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, o deyib ki, özünü “İraq Şam İslam Dövləti” adlandıran qruplaşma terror təşkilatıdır və bu silahlı qruplaşmanın törətdiyi cinayətlərin sünni-şiə münasibətlərinə heç bir aidiyyəti yoxdur.

Seyid Əli Xamenei bildirib ki, bəzi siyasi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İraqdakı terror hadisələrini sünni-şiə qarşıdurması kimi qələmə verməyə çalışaraq müsəlman aləminə nifaq salmaq istəyirlər: “Lakin həmin qüvvələrin niyyətləri baş tutmadı”.

Ali Rəhbər bütün müsəlmanları səbirli olmağa və fitnə-fəsada uymamağa çağırib.