Xəbər lenti

Xanım deputatın şillələdiyi polisə yüksək vəzifə verildi - VİDEO
Dünya10:06 20.01.2014

Xanım deputatın şillələdiyi polisə yüksək vəzifə verildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürd millət vəkilinin şillələdiyi polisə yeni vəzifə verilib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xatırladır ki, Şırnaq bölgəsində müxalifətçilər tərəfindən keçirilən mitinqdə polislə qarşıdurma yaranmışdı. Bu zaman Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Səbahət Tuncel polisin sərt müdaxiləsindən əsəbiləşərək şöbə rəisini şillə ilə vurmuşdu.

Kürd millət vəkilinin şillələdiyi bölgənin mühafizə xidmətinin rəisi Murad Çətinərə yeni və yüksək vəzifə verilib. M.Çətinər bundan sonra İstanbulda Terrorla Mübarizə Şöbəsi rəisinin müavini vəzifəsində çalışacaq.

Qeyd edək ki, BDP-li deputatdan şillə yeyən M.Çətinər onu məhkəməyə verərək təzminat kimi 37 min TL (təxminən 15 min manat) də almış və həmin  pulu xidmət etdiyi bölgənin məktəblərinin uşaqlarına hədiyyələr alınmasına xərcləmişdi.

Qaynar.info