Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzi rəisi, polkovnik Xanım Sofiyevayanın əvvəlki vəzifəsində təyin olunan qadın istefa verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Xanım Sofiyeva mərkəzin rəisi vəzifəsinə təyinat aldıqdan sonra nazir Kəmaləddin Heydərovun sərəncamı ilə tibb xidməti mayoru Pərvanə Babayeva FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi təyin olunub.
7 ay əvvəl bu vəzifəyə təyin olunan tibb xidməti mayoru Pərvanə Babayeva FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva ilə aralarında yaranan narazılıq səbəbindən öz xahişi ilə işdən çıxmalı olub.
Qeyd edək ki, Pərvanə Babayeva 17 il FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzində stomatoloq həkim işləyib. İki il əvvəl Gəncə Regional Mərkəzində də həkim kimi çalışıb. Gəncə Regional Mərkəzindəki vəzifəsindən azad olunaraq, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, polkovnik Xanım Sofiyevanın rəhbərlik etdiyi Tibbi Mərkəzi struktura görə FHN-nin Tibb Xidmətinin tabeliyindədir. Buna baxmayaraq, Xanım Sofiyeva rəhbəri olduğu qurumu Xidmətə və onun rəisinə tabe etmir.
Məsələn, bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə göndərilən Tibb Mərkəzinin bəzi əməkdaşlarından Tibb Xidməti rəisi, polkovnik Pərviz Vəliyevin ümumiyyətlə xəbəri olmayıb.
Xanım Sofiyeva yaratdığı "iş şəraiti” səbəbindən son bir ildə 30-dan çox həkim və tibb işçisi vəzifəsindən getməli olub.
İddia edilir ki, FHN-də vahid tibb mərkəzi təsdiqləndikdən sonra bu qurumun başına rəhbər gətirilməsi gözlənilən Xanım Sofiyeva ona mane olan bütün işçiləri də vəzifəsindən uzaqlaşdıra bilib. Həmin quruma rəhbər vəzifəsinə namizəd olacağı gözlənilən Tibb Mərkəzinin sabiq rəisi, tibb xidməti polkovniki Kamal Namiq oğlu Əliyev, tibb xidmətinin iqtisadi işlər üzrə rəis müavini, polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızını da uzaqlaşdırmağı da bacarıb. Hətta iddia edilir ki, FHN-nin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinova işdən öz xoşu ilə getməyən zabitləri kabinetinə çağıraraq, məcburi əzirə yazdırır. Əldə etdiyimiz digər məlumata görə, bir neçə ay bundan əvvəl vəzifəsindən azad olunan mərkəzin maliyyə şöbəsinin əməkdaşı, baş leytenant Əliqulu Quluzadə xanım Sofiyevanın rəhbəri olduğu qrumu da məhkəməyə verib.
Onu da bildirək ki, FHN-nin Tibb Xidməti rəisi, polkovnik Pərviz Vəliyev və müavini Salman Məmmədovun təqaüd yaşından 5 il artıq keçməsinə baxmayaraq, xidməti ili artırılmayıb.
Pərviz Vəliyev milyonluq əmlakları olmasına baxmayaraq, FHN-dən kirayə pulu da aldığına görə sayıtımızda
gündəmə gəlib.
Əhməd
Şərhlər