Uzun illər boyu göbək dəliyi bədənin əhəmiyyətsiz bir hissəsi kimi qəbul edilirdi. Lakin son dövrlərdə bu kiçik anatomik iz ətrafında formalaşan iddialar təkcə maqazin səhifələrində deyil, geniş oxucu kütləsinə malik nəşrlərdə də müzakirə mövzusuna çevrilib.
Qaynarinfo "Herbeauty" portalına istinadən xəbər verir ki, bir vaxtlar sadəcə qəribə şəhər əfsanəsi kimi görünən "göbək dəliyinin forması insanın xarakteri haqqında ipucu verir” fikri artıq populyar mədəniyyətin diqqət çəkən mövzularından biridir. Bəziləri bunu sadəcə bədən üzərindən hekayə yaratmaq cəhdi kimi qiymətləndirir, digərləri isə insanın özünü anlamağa olan marağının yeni təzahürü hesab edir. Bu səbəbdən sual hələ də aktuallığını qoruyur: göbək dəliyinin forması doğrudanmı xarakter haqqında nəsə deyə bilər, yoxsa bu, sadəcə maraqlı, lakin əsassız bir iddiadır?
Xaricə çıxıq göbək dəliyi
Bu nəzəriyyəyə görə, xaricə doğru çıxıq göbək dəliyinə sahib olan insanlar diqqət mərkəzində olmağı sevən, enerjisini gizlətməyən və olduğu mühitdə seçilməkdən çəkinməyən şəxslər kimi təsvir olunur. Bəzi yanaşmalar onları həm də inadkar, iddialı və mövqeyindən asanlıqla geri çəkilməyən insanlar kimi xarakterizə edir.
Bununla yanaşı vurğulanır ki, burada elmi əsaslara söykənən bir qiymətləndirmədən deyil, populyar mədəniyyətin simvolik yanaşmasından söhbət gedir. Maraqlı məqam isə odur ki, eyni nəzəriyyə bu tip insanlar üçün orta hesabla 72 illik ömür proqnozu da irəli sürür.
Dərin və dairəvi göbək dəliyi
Dərin və dairəvi göbək dəliyi bu yanaşmada daha "sakit güc” simvolu kimi təqdim olunur. Bu formaya malik şəxslərin xaricdən sakit, nəzarətli və bir qədər məsafəli göründüyü, lakin daxili dünyalarında güclü balans və emosional yetkinlik daşıdığı iddia edilir.
Onlar təsirini dərhal deyil, zamanla göstərən, daha sabit xarakterlər kimi təqdim olunur. Əlbəttə, bu da elmi fakt deyil, populyar təsəvvürdür. Bununla belə, bu tip üçün ən yüksək göstərici – orta hesabla 81 illik ömür ehtimalı qeyd olunur.
Şaquli və oval göbək dəliyi
Şaquli və oval formalı göbək dəliyi isə bu qeyri-adi təsnifatda ən balanslı və "oxuna bilən” tip kimi təqdim edilir. Bu formaya sahib insanların uyğunlaşan, ölçülü və münasibətlərdə daha yumşaq davranan şəxslər olduğu bildirilir.
Onlar nə çox sərt, nə də həddindən artıq diqqət çəkən, daha çox sabitlik, zəriflik və emosional balansla seçilən insanlar kimi təsvir olunur. Bu yanaşmaya görə, bu tip şəxslərin orta ömür uzunluğu isə təxminən 75 il hesab edilir.
Qeyd edək ki, bütün bu iddialar elmi araşdırmalara deyil, daha çox populyar mədəniyyətin maraq doğuran yanaşmalarına əsaslanır. Buna baxmayaraq, mövzu hələ də geniş auditoriya üçün cazibəsini qoruyur.
Günay
Şərhlər