
Boks üzrə dünya çempionu və Ukrayna müxalifətinin lideri Vitali Kliçkonun hökumətə qarşı təşkil etdiyi mitinqə Almaniya xarici işlər naziri Quido Vestervelle də qatılıb.
Qaynar.info xəbər verir ki, Vestervelle Kliçko və Ukrayna xalqına dəstək vermək üçün Kiyevə gəlib.
"Biz avropalı olaraq avropalıların yanına gəldik" deyən Vestervelle Kliçko Kiyevdəki Hyatt otelində 35 dəqiqəlik görüş keçirib.
Qaynar.info