Cənubi Asiya ölkəsi Maldivin xarici işlər naziri, 67 yaşlı Əbdül Səməd Abdulla Sinqapur xəstəxanasında keçinib.
“Media forum” saytı bildirir ki, ürəyindən və böyrəklərindən müalicə alan Abdullanın ölümünə xəstəliyinin kəskinləşməsi səbəb olub.
Xarici işlər nazirinin ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub.
Abdulla sentyabrın 7-də növbəti müddətə dövlət başçısı postuna seçilmək niyyətində olan prezident Məhəmməd Vahidin silahdaşıdır.
Əhalisinin sayı 330 min olan Maldiv Respublikası Hind okeanının Cənub-Qərbində yerləşən 1192 adadan ibarətdir.
Qaynar.info