Xəbər lenti

Xarici işlər nazirinə yeni vəzifə veriləcək
Dünya10:49 15.08.2013

Xarici işlər nazirinə yeni vəzifə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi olacaq.

APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, Ə. Salehi İran prezidenti Həsən Ruhani tərəfindən yaxın vaxtlarda bu vəzifəyə təyin ediləcək. Xəbərdə artıq bununla bağlı qərarın verildiyi və sərəncamın prezident tərəfindən tezliklə imzalanacağı da qeyd olunub.

Qeyd edək ki, Ə. Salehi ölkədə yeni hökumət hələlik formalaşmadığından xarici işlər naziri vəzifəsini icra edir.

Qaynar.info