Xəbər lenti

Xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da hərbi xidmətə çağırılacaq
Dünya15:29 14.11.2022

Xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da hərbi xidmətə çağırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmət keçəcək.
APA-nın məlumatına görə, bu gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Silahlı Qüvvələrində əcnəbi vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.
Fərman dinc dövrdə xarici dövlətin vətəndaşlığına və ya yaşayış icazəsinə və ya vətəndaşın xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədə malik olan Rusiya vətəndaşlarının hərbi xidmət keçmə qaydasını müəyyən edir.
Yeni qaydaya əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaq.
Qeyd edək ki, indiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər hərbi xidmətə çağırılırdı.