Xəbər lenti

Xarkov istiqamətində Rusiyanın 12 km-lik hərbi karvanı hərəkət edir (FOTO)
Dünya07:58 10.04.2022

Xarkov istiqamətində Rusiyanın 12 km-lik hərbi karvanı hərəkət edir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın şərqində Rusiya hərbi texnikasının böyük karvanının görüntüləri qeydə alınıb.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, "Maxar Technologies" tərəfindən toplanan və təhlil edilən peyk görüntülərində uzunluğu 12.8 km olan hərbi karvanın Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi əks olunub.
Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.
Görüntülərdə zirehli texnika, artilleriya maşınları və köməkçi avadanlıqlar əks olunub.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər saatlarında verdiyi məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığında USQ-nin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib. Həmçinin qarşı tərəf Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.
Aydın