Xəbər lenti

Xarkovda referendum keçiriləsi olmadı
Dünya21:53 09.05.2014

Xarkovda referendum keçiriləsi olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 11-də Ukraynanın Xarkov vilayətində referendum keçirilməyəcək.

APA-nın “RBK-Ukrayna”ya  istinadən verdiyi xəbərə görə, bunu “Cənub-Şərq” hərəkatının üzvü Yuri Apuxtin bəyan edib.

Onun sözlərinə görə, hərəkat Donetsk və Luqansk şəhərlərindəki federallaşma tərəfdarları ilə referendumun həyata keçirilməsini əlaqələndirməyib.

 Qeyd edək ki, federasiya üsul-idarəsinə keçid, “Cənubi-Şərq muxtariyyəti”nin yaradılması və rus dilinə dövlət statusu verilməsi məsələləri referenduma çıxarılmalı idi.

Mayın 7-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa, Ukrayna hakimiyyətini cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa çağırıb.

Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər.

Qaynar.info