Xəbər lenti

Xarkovda yoldan keçənlərə bıçaqla hücum çəkən azərbaycanlı saxlanılıb
Dünya06:24 24.12.2017

Xarkovda yoldan keçənlərə bıçaqla hücum çəkən azərbaycanlı saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xarkov şəhərində xuliqanlıq edən Azərbaycan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, o, 25 yaşlı qızın əlindən telefonunu alıb. Daha sonra isə əlində bıçaqla onu tutmaq istəyənlərə hücum edib. Mobil qurğunun qiyməti 1000 dollardan çox olub.
Hazırda Azərbaycan vətəndaşı saxlanılıb. Ona qarşı "Quldurluq" maddəsi ilə cinayət işi başlanıb. Bu maddəyə görə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.