Xəbər lenti

Xavi
İdman 12:58 23.08.2023

Xavi "Barselona"nın maliyyə durumunu ortaya çıxardı (VİDEO)

"Barselona"nın baş məşqçisi Xavinin Arsen Zaxaryan üçün çəkdirdiyi video Kataloniya nəhənginin maliyyə baxımından hansı vəziyyətdə olduğunu ortaya çıxarıb.

Qaynarinfo-nun məlumatına görə, "Barselona" bu ilin yanvarında Arsen Zaxaryanı transfer etmək istəsə də, rusiyalı yarımmüdafiəçi "Real Sosyedad"la beşillik müqavilə bağlayıb. Kataloniya nəhənginin baş məşqçisi Xavi daha əvvəl ona Zaxaryanı almaq üçün videomüraciət göndərmişdi. Lakin "Barselona” maliyyə problemlərinə görə bu transferi həyata keçirə bilməyib.

Xavi Zaxaryana göndərdiyi videoda "Salam Arsen, dostum necəsən? Ümid edirəm ki, yaxşısan. Bir gün səni burada Barselonada görmək ümidi ilə. Özünə yaxşı bax" - sözlərini söyləyib.

"Barselona" maliyyə problemlərinə görə 20 yaşlı yarımmüdafiəçini heyətinə qata bilməyib. Ötən mövsümü Moskva "Dinamo”sunda futbolçu burada keçirdiyi 37 oyunda beş qola, 10 məhsuldar ötürməyə imza atıb.


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->