Xəbər lenti

Xavi Zidanın rekordunu geridə qoydu
İdman 15:55 11.09.2022

Xavi Zidanın rekordunu geridə qoydu

İspaniyanın "Barselona" komandasının sükanı arxasında olan Xavi Ernandes "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu geridə qoyub.

42 yaşlı mütəxəssis buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.

Kataloniya təmsilçisi yerli çempionatda Xavinin rəhbərliyi altında ardıcıl 17-ci səfər matçında uduzmayıb. "Real Madrid" isə 2016-cı ildə Zinəddin Zidanın işlədiyi dönəmdə 16 səfər qarşılaşmasında yenilməyib.

Qeyd edək ki, Xavi Ernandes 2021-ci ilin noyabrında "Barselona"nın baş məşqçisi təyin edilib./"Report"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->