Xəbər lenti

Xəbərləri oxumayın! - “The Guardian”
Dünya11:11 25.11.2014

Xəbərləri oxumayın! - “The Guardian”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbərləri oxumayın!

Xəbərlər bizim düşünməyimizə mane olur, bizi passivləşdirir, yaradıcılığımızı öldürür.

“Yeməkdən əvvəl sovet qəzetlərini oxumayın””. Bulqakovun “İt ürəyi” əsərindəki məhşur aforizminin artıq yüz yaşı var. Əgər Sovet İttifaqının bütün qeydlərini ləğv etsək, necə də müasir səslənir. Əsərin yazılmasından bir əsr keçib, ətrafımızdakı informasiya axını onlarla və yüzlərlə dəfə çoxdur. Ona görə də biz yeni sloqan təklif edirik: “Ümumiyyətlə xəbərləri oxumayın”.

Xəbərləri oxumamağımızı bizə “The Guardian” məsləhət görür. Səbəbləri isə:

Xəbərlər bizim sağlamlığımıza ziyandır

Oxumaq bizə qorxu və aqressiya aşılayır, yaradıcılıq potensialımızı reallaşdırmağa mane törədir və dərin düşünmək qabiliyyətindən məhrum edir. Xəbərlər – eynilə orqanizm üçün şəkər xəstəliyi kimidir. Onlar asanlıqla həzm olunur. KİV bizim üçün əhəmiyyətli olmayan faktları yavaş-yavaş yedizdirir. Buna görə də biz heç vaxt “doymuruq”. Kitab və jurnallardan fərqli olaraq, bizə lazım olmayan lazımsız xəbərləri həzm edə bilərik.

Xəbərlərin bizim üçün əhəmiyyəti yoxdur

Oxuduğunuz təxminən 10 min hadisədən bəlkə də birinin belə, sizin həyatınızda, karyeranızda və ya biznesinizdə doğru qərar qəbul etməyinizə köməyi olmayıb. Nə qədər az xəbər istehlak etsəniz, sizə bir o qədər faydası olar.

Xəbərlər idraki səhvləri daha da çoxaldır.

Xəbər axını – bütün idraki səhvlərin atasıdır. Biz lazımından artıq təhlükəsiz oluruq, axmaqcasına risk edirik və əlimizdəki imkanları dəyərləndirmirik. Beynimiz mənası olmayan, reallığı əks etdirməsələr belə, hekayələr tələb edir. Əgər hər hansı bir jurnalist “bazarın X-ə görə mövcud olduğunu” və ya “şirkətin Y-a görə müflis olduğunu” yazırsa, axmaqdır. Biz dünyaya bu cür izahatların verilməsinə toxuq.

Xəbərlər düşünmə qabiliyyətimizi məhdudlaşdırır

Düşünmək konsentrasiya tələb edir. Konsentrasiya isə davamlı vaxt tələb edir. Xəbərlər xüsusi ilə bizi dayandırmaq üçün nəzərdə tutulub. Onlar öz məqsədləri uğrunda bizim diqqətimizi oğurlayan viruslara bənzəyirlər. Xəbərlər düşünən insanları azaldır. Xəbərlər yaddaşa ciddi şəkildə təsir göstərir. Xəbərlər konsentrasiyanı pozduğuna görə, qavrama qabiliyyətini zəiflədir.

Xəbərlər bizi passivləşdirir

Bir çox xəbərlər bizim ona təsir edə bilməyəcəyimiz hadisələrdən bəhs edir. Gün ərzində hadisələr üzərində bizim gücsüz, təsirsiz olduğumuzun təkrar olunması, nəticədə passivliyimizə gətirib çıxarır. Onlar bədbin dünya görüşünə malik olmayanadək bizi “üyüdürlər”. Bu sindrom üçün “öyrədilmiş çarəsizlik” termini mövcuddur.

Xəbərlər yaradıcılığımızı öldürür

Nəhayət, öyrəndiklərimiz yaradıcılıq potesialımızı məhdudlaşdırır. Riyaziyyatçıların, yazarların və bəstəkarların yaradıcı işlərini gənc yaşlarında görməsinin səbəbi də məhz budur. Onların beyni yeni ideyaların icad olunmasına və həyata keçirilməsinə daha geniş imkan yaradır. Mən hər hansı bir yazıçı, riyaziyyatçı, bəstəkar, alim, həkim, dizayner, memar və ya rəssam tanımıram ki, xəbərlərə qarşı ehtiras duysun. Digər tərəfdən isə mən bir dəstə aqressiv, yaradıcı olmayan insan tanıyıram ki, xəbərləri narkotik kimi istifadə edirlər.

Əgər siz köhnə qərarları qəbul etmək istəyirsinizsə, xəbərləri oxuyun. Əgər siz yeni qərarlar qəbul etmək istəyirsinizsə, xəbərlərdən imtina edin.

Hazırladı: Ülviyyə Əli

Mənbə: bilirsinizmi.wordpress.com