Xəbər lenti

Xədicə İsmayılı hava limanında saxladılar
Siyasət05:06 05.09.2014

Xədicə İsmayılı hava limanında saxladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Xədicə İsmayıl səhər saatlarında Gürcüstandan ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb.

«Pasport yoxlanışından keçəndə sərhədçilər məni saxladılar, içəri otaqlardan birinə gətirdilər. Məndən üstümdə nə qədər pul olduğunu, hara və nəyə görə getdiyimi soruşurlar. Çantamın içini yoxladılar. Gürcüstanda ayağım sınmışdı, sərhədçilər ayağımın sarığını belə açıb yoxladılar».

Daha sonra Xədicə İsmayıl sərbəst buraxılıb. O, AzadlıqRadiosuna bildirib ki, üstündəki pulu dəfələrlə sayıb, kartlarını dəfələrlə yoxlayıblar. Ondan pul barədə deklarasiya təqdim edib-etmədiyini soruşublar. Jurnalist özünün Facebook səhifəsində də buraxılmasını yazıb: "Sərbəstəm".

Qeyd edək ki, Xədicə İsmayıl bir neçə gün əvvəl beynəlxalq konfransa iştirak etmək üçün Gürcüstana getmişdi.

Qaynar.info