Xəbər lenti

Xədicə İsmayılın məhkəməsində daha 3 jurnalist saxlanıldı - YENİLƏNİB
Siyasət07:15 07.08.2015

Xədicə İsmayılın məhkəməsində daha 3 jurnalist saxlanıldı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənc fəal Ülviyyə Alinin Qaynar.info-ya verdiyi məlumata görə,  Meydan.tv-nin əməkdaşı Şirin Abbasov, Azadlıqradiosu-nun əməkdaşı Rəvan Seyfulla isə hələ 22-ci polis bölməsindən sərbəst buraxılıb. Blogger Orxan Rüstəmzadə isə hələ də polis bölməsindədir. 

12:42

Xədicə İsmayıl məhkəməsini işıqlandıran 3 jurnalist saxlanılaraq polis bölməsinə aparılıb

Bu barədə məlumatı Qaynar.info-ya N!DA vətəndaş hərəkatının idarə heyyətinin üzvü Ülvi Həsənli verib. 

Ülvi Həsənlinin sözlərinə görə, çəkiliş aparmaq istəyən Meydan.tv-nin əməkdaşı Şirin Abbasov, Azadlıqradiosu-nun əməkdaşı Rəvan Seyfulla və blogger Orxan Rüstəmzadə polislər tərəfindən saxlanılıb. 

Hazırda onlar 22-ci polis bölməsinə aparılıblar. 

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesi izləmək üçün məhkəməyə media nümayəndələri, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri gəlib. Amma onları içəri buraxmayıblar. Məhkəmə yarımqapalı keçirilir. 

Qaynar.info