Rus hərbçiləri tərəfindən ələ keçirilən Xersonda Şəhər Şurasının binası üzərinə yenidən Ukrayna bayrağı qaldırılıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Xerson meri İqor Kolıxayev
bildirib.
"Şəhər Şurasının atəşə tutulduğu gecə bizim dövlət bayrağımızın saxlandığı kabel qırıldı. Bayrağın özü də çoxdan dəyişdirilməsi lazım idi - həm yanmışdı, həm də köhnəlmişdi. Bu gün biz yenisini asmaq fürsəti tapdıq.
Günaydın, Qəhrəman Şəhərim!"
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fkolykhaev.igor%2Fposts%2F5056996771060383&show_text=true&width=500" width="500" height="729" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">
Aydın
Qaynarinfo