Xəbər lenti

Xəstələrdən biri Uhandakı xəstəxananın dəhşətlərindən danışdı
Dünya13:48 03.02.2020

Xəstələrdən biri Uhandakı xəstəxananın dəhşətlərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Soyuq, yüksək rütubətlilik, isti su və palatalrın isidilməsi yoxdur – koronavirusun cənginə aldığı Vuhan xəstəxanasında pasiyentlər bu şəraitdədir. 
Qaynarinfo xəbər veir ki, bu dözülməz şərait haqda Le Figaro-ya xəstəxanada yatanlardan biri danışıb. 
Virusa yoluxmuş qadının dediyinə görə, yatdığı xəstəxana lazımi vəsaitlə təmin olunmur, qeyri-sanitariya şəraiti var və palatalar hədsiz soyuqdur. "Temperatur 7 dərəcədir. Yan Sze Kiang çayının boz sularının rütubəti üzündən soyuqluq daha da artır", - xəstə deyib. O, tibb bacılarının xəstələrin palatadan çıxmasına icazə vermədiyini etiraf edib, hamının "həbsdə” olduğunu bildirib.
Qadının 37 yaşı var, adı Şi Muyingdir. Bağırsaq xərçəngi olan xəstə anasını ziyarət etmək üçün 11 yanvarda Londondan Uhana uçub. Birdən soyuqladığını görüb, özünü pis hiss edib və xəstəxanaya müraciət edib. Qan analizi, kompüter tomoqrafiyası və müayinə qadında koronavirus aşkar edib. Onu dərhal təcridxanaya yerləşdiriblər.
Nəşr qeyd edir ki, Vuhandakı xəstəxanalar ağzına kimi dolub, qəbula ilk gələn xəstələr, eləcə də artıq yoluxma simptomları olan neçə-neçə adam kiçik palatalara sığışmağa məcbur olublar. Belə şərtlər vəziyyəti daha da ağırlaşdırır və virus sürətlə yayılır.
SOS Vuhan Beynəlxalq Klinikasının direktoru Filip Klein izah edir ki, Çində xəstələrin çeşidlənməsi üçün ümumi profilli həkimlər sistemi yoxdur. "Evdə müayinə üçün çağırıla biləcək 15 həkimdən artığını tapmazsınız", - Şi əlavə edib.
Son rəsmi məlumatlara görə, yeni virusdan 361 nəfər ölüb. 14557 xəstəlik hadisəsi qeydə alınıb, onlardan 2110 nəfəri ağır sayılmaqla 14411 nəfər Çindədir. Koronavirusun yayılması ÜST tərəfindən səhiyyə sistemində fövqəladə hadisə kimi tanınıb.