Dünya 11:05 26.01.2023

Xəyalımız və vəzifəmiz Ukraynaya təyyarə tədarük etməkdir - Zelenski

Müttəfiqlərin tankları Ukraynaya təhvil vermək qərarından sonra ukraynalı müdafiəçilərə uzaqmənzilli raketlər və təyyarələrin tədarükünə çalışmaq lazımdır.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 25-də çərşənbə günü xalqa axşam müraciətində bildirib.

Dövlət başçısı yanvarın 25-ni "son dərəcə yaxşı xəbərlər günü” adlandırıb və Almaniyaya "Leopard” tanklarının təhvil verilməsi qərarına, ABŞ-a isə "Abrams” tanklarının tədarükünü elan etdiyinə görə təşəkkür edib.

O, həmçinin NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlar apardığını bildirib.

"Biz Ukrayna üçün həmçinin uzaqmənzilli raketlərin tədarükünü açmalıyıq,  bu vacibdir - artilleriya sahəsində əməkdaşlığımızı genişləndirməliyik, Ukrayna üçün təyyarə tədarükü məsələsini həll etməliyik. Bu bir xəyal və bir vəzifədir. Hamımız üçün vacib bir vəzifə. Cəbhədəki qəhrəmanlarımız dünyadan nə qədər çox müdafiə dəstəyi alsalar, Rusiyanın təcavüzü bir o qədər tez bitəcək və müharibədən sonra Ukrayna üçün, bütün tərəfdaşlarımız üçün bir o qədər etibarlı təhlükəsizlik təminatları olacaq”, - deyə Zelenski bildirib. 

Nizami Bağırov