Xəbər lenti

Xəzər dənizindəki təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edildi
Ölkə 12:08 12.12.2025

Xəzər dənizindəki təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edildi

"Xəzər dənizinin dayazlaşması dönməz hala gələ və ciddi nəticələrə səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

"Xəzər dənizində hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılması və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb”, - o, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən qeyd edib.

Kaşım Jomart-Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb:

"Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən məhdud səlahiyyətlər çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->