Xəbər lenti

“Xəzər Lənkəran” braziliyalı ilə müqavilə bağladı
İdman09:15 28.08.2013

“Xəzər Lənkəran” braziliyalı ilə müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az saytının xəbərinə görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün “ağ-yaşıllar”la müqavilə bağlayıb.

 26 yaşlı futbolçu əvvəllər Braziliyanın A və B seriyalarında müxtəlif komandların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.
 
Klubla Sakkoni arasında bir illik müqavilə imzalanıb.

Qaynar.info