Xəbər lenti

İdman 11:42 01.04.2024

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin qızı bələdiyyə sədri oldu

Məşhur türkiyəli məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli bələdiyyə başqanlığına namizəd olduğu Çeşmədə seçkilərdə qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, vaxtilə Azərbaycanda, "Xəzər Lənkəran"da çalışmış mütəxəssisin qızı həm də Çeşmənin ilk qadın bələdiyyə sədri olub. Türk futbolunun məşhur məşqçilərindən olan Denizlinin qızı namizədliyini Cümhuriyyət Xalq Partiyasından irəli sürmüşdü. 

O, açıqlamasında, "Çeşməlilərə təşəkkür edirəm! Onların lütfü ilə önümüzdəki beş il ərzində böyük şərəf və qürurla Çeşmə Bələdiyyə Başçısı vəzifəsində çalışacağam. Mənə Çeşmənin ilk qadın Bələdiyyə Başçısı olma xoşbəxtliyini yaşadan bütün həmvətənlərimə təşəkkür edirəm. "Yeddidən yetmişə qədər" bütün vətəndaşlarımıza xidmət edib sizin rifahınız üçün çalışacağam" - sözlərini söyləyib. 

Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->