Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişikliyi və antropogen təsirlə izah olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Ekologiya Nazirliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2005-ci ildən 2020-ci ilə qədər olan təhlillərə əsasən, dənizdə suyun səviyəsində enmə 133 sm, 2021-ci ilin proqnozunda isə artıq 140 sm-dən çox olacaq.
Artıq Qazaxıstanda Xəzər sahilili ərazilərdə də bu müşahidə edilir.
Xəzəri qidalandıran əsas çaylar Volqa, Jayk (Ural), Qafqaz çaylarıdır.Bu çayların üzərində tikilən su anbarlarları və digər müdaxilələr mənbədən gələn suyun, mənsəbinə çatmamasına gətirib çıxarır.
Əhməd
<iframe width="640" height="352" src="https://www.youtube.com/embed/XYn7kx_086E" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">