Xəbər lenti

Xəzərdə Rusiya gəmisi yandı: 1 nəfər öldü, 18 nəfər yaralandı
Dünya09:38 23.04.2016

Xəzərdə Rusiya gəmisi yandı: 1 nəfər öldü, 18 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən gəmidə yanğın baş verib. 

Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib. 

Fövqəladə Hallah Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 

*  *  *

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub. Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.(APA)

*  *  *

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub. Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır. Bundan başqa, 18 nəfərin təxliyə olunduğu təsdiqlənib.(APA)

Qaynarinfo.az