“Rusiya Xəzərdən buraxdığı raketlərlə Suriyada məktəb və xəstəxanaya zərbə endirib”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynanın baş naziri Arseni Yatsenyuk ilə görüşündə bildirib.
Anspress Türkiyənin İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azəz rayonuna havadan 10 raket zərbəsi endirib. Rus döyüş təyyarələrinin bombardmanı nəticəsində raketlərdən biri uşaq xəstəxanasının yaxınlığına düşüb.
Xəstəxanaya düşən raket
Hadisə nəticəsində 14 nəfər həlak olub. Yaralanan 35 nəfər Türkiyəyə Kilis dövlət xəstəxanasına gətirilib. Onlardan 10-u uşaqdır.
Qaynar.info