Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda qeyri-qanuni aparılan qazıntılar zamanı quyudan tarixi əsərlər çıxıb.
Qaynarinfo-nun məlumatına görə, çevrəsi betonla örtülü bir iş yerində qeyri-qanuni qazıntı aparıldığı barədə rayon muzeyinə şikayət daxil olub. Hadisə yerinə baxış keçirən zaman 2 ədəd qazılmış quyu aşkar edilib.
Aparılan araşdırmalar nəticəsində Roma və digər dövrlərə aid 1 ədəd ox ucu, 5 ədəd qədim sikkə, 1 ədəd sütun daşı və 1 ədəd də blok daşı ələ keçirilib.
Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb. Onların barəsində cinayət işi açılıb.