Xəbər lenti

Sağlamlıq 13:08 12.08.2023

Xidmətlər Zərfində yeni xidmətlər: İcbari Sığorta hər kəs üçün əlçatan olacaqmı?

"Xidmətlər Zərfində bu gün çox böyük diapozonda cərrahi müayinələr, prosedurlar, əməliyyatlar nəzərdə tutulub. Nazirlər Kabinetinin təzə qərarına əsasən İcbari Tibbi Sığorta paketinə daxil olmayan əməliyyatlar da paketə daxil edilib. Bunların hamısı böyük xərc tələb edən bahalı prosedurlardır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla baş nazir Əli Əsədovun İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilməsi ilə bağlı qərarını şərh edərkən deyib. 

Onun sözlərinə görə, bəzi xidmətlər tədricən sığorta paketinə əlavə edilir:


 
"Dünyanın bütün ölkələrində bu mərhələ-mərhələ həyata keçirilir. Biz həmişə deyirdik ki, ilkin mərhələdə doğuş və təxirə salınmaz yardım da paketə daxil edilsin. Digər mərhələlərdə paralel olaraq imkanlar genişləndikcə, İcbari Tibbi Sığortada vəsait artırıla bilər".

Professor hesab edir ki, ilk nöbvədə bahalı əməliyyatların paketə daxil olması vətəndaşların sosial müdafiəsi baxımından müsbət addım kimi dəyərləndirilə bilər: 

"Hesab edirəm ki, bu məsələlər tədricən qaydaya salınmalıdır. İcbari Tibbi Sığortanın da təşkilatı işləri öz qaydasında olmalıdır. Yəni, bu məsələləri biz ilk növbədə qaydasına salmalıyıq. Xüsusən də sığorta tətbiq olunan yerlərdə növbələri elə nizamlamalıyıq ki, qarşıqlıqlar olmasın”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->