Xəbər lenti

XİN Polad Bülbüloğlu ilə bağlı açıqlama yaydı
Siyasət05:23 15.11.2020

XİN Polad Bülbüloğlu ilə bağlı açıqlama yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.
"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.