Xəbər lenti

XİN rəhbəri vətəndaşların təxliyyəsi üçün şəxsən İsrailə getdi (FOTO)
Dünya07:55 11.10.2023

XİN rəhbəri vətəndaşların təxliyyəsi üçün şəxsən İsrailə getdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyanın xarici işlər naziri Yan Lipavski ölkəsinin 34 vətəndaşını təyyarə ilə təxliyə etmək üçün şəxsən İsrailə gedib.
Qaynarinfo bu barədə CTK-ya istinadən xəbər verir.
Lipavskinin səfəri HƏMAS-ın İsrailə hücumundan sonra xarici dövlət adamları arasında ilk səfər olub. Orada o, həmkarı Eli Koen və prezident İsaak Hersoqla görüşüb.
Lipovski daha 34 çexlə geri qayıdıb - onlar xüsusi hökumət təyyarəsi ilə Praqaya təxliyə edilib.
Çexiyanın Təl-Əvivdəki səfirliyi də İsraildəki digər vətəndaşlarla əlaqə saxlayır və gələcək evakuasiya imkanlarını araşdırır.
Nizami Bağırov