Xəbər lenti

XIX əsrdə doğulan son kişi sağdır! - FOTOLAR
Dünya05:57 30.05.2013

XIX əsrdə doğulan son kişi sağdır! - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaşlı kişisi - XIX əsrdə doğulan sonuncu şəxs Yaponiyada yaşayır. Rusiya mətbuatının verdiyi məlumata görə, bu 116 yaşlı Dziroemon Kimuradır.

Kimura 1962-ci ildə təqaüdə çıxıb. Onun 5 uşağı, 14 nəvəsi, 25 nəticəsi, 13 kötücəsi var. Onun sözlərinə görə, uzunömürlülüyünün sirri qidalanmasındadır. O, ömrü boyu az-az porsiya ilə yemək yeyib.

Kaliforniya Universitetinin araşdırmasına görə, dünyada qeydə alınan 1901-ci il təvəllüdlü 21 qadın yaşayır. Uzunömürlülər əsasən ABŞ, Yaponiya, Kanadada məskunlaşıblar.

Alimlər dünyada uzunömürlülərin real sayının daha çox olduğunu istisna etmirlər. Ancaq problem ondadır ki, 110 yaşını keçdiyini iddia edən 300 nəfərdən ancaq 50-60 nəfəri bunu sübut edə bilir. // ANS PRESS