Xəbər lenti

Xocalıda keçirilən sonuncu toyun fotosu
Ölkə09:02 26.02.2018

Xocalıda keçirilən sonuncu toyun fotosu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə 26 il öncə Xocalıda keçirilən son toy mərasiminin xatirə fotosu yayılıb.
Qaynarinfo xəbər verir ki, "İsayevin səhifəsi” adlı "Facebook" səhifəsində paylaşılan foto ilə bağlı belə bir izah verilib:
"Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".