Xəbər lenti

Xocalıdakı son toy: bəyin sağdışı əsir götürüldü (FOTOLAR)
Ölkə08:13 26.02.2019

Xocalıdakı son toy: bəyin sağdışı əsir götürüldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
27 il öncə Xocalıda keçirilən son toy mərasiminin xatirə fotoları yayılıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoda Xocalıda çalınan son toydan görüntülər yer alıb. 
Bu, Xocalıda son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdışı da əsir götürüldü. 
Bu oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən qız Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu.