Xəbər lenti

Xomeynidən ABŞ-a: Sionizm agenti və İŞİD yaradıcısı
Dünya17:00 18.10.2017

Xomeynidən ABŞ-a: Sionizm agenti və İŞİD yaradıcısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın dini lideri Ayətulla Xomeyni ABŞ prezidenti Donald Trampın yeni İran strategiyası barədə danışıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Xomeyni Trampın düşmən siyasətinin İranın inkişafına mane ola bilməyəcəyini deyərək ABŞ-ı sionizm agenti və İŞİD terror təşkilatının yaradıcısı adlandırıb. ABŞ-ın İrana qarşı bu münasibətinin səbəbinin rəsmi Tehranın Vaşinqtonun Livan, Suriya və İraqdakı planlarını pozması olduğunu deyib.

Digər dövlətlərin nüvə sazişindən çəkilməyəcəyi təqdirdə İranın da belə bir addım atmayacağını vurğulayan dini lider Avropanın bu razılaşmaya sadiq qalmasından razı olduqlarını qeyd edib.

Gülşən

Qaynarinfo.Az