Bu gün, cümə günü iyunun dördü, İranın mərhum lideri Ruhulla Xomeyninin vəfatı günü İranın hazırkı lideri Əli Xamneyinin və keçmiş mərhum liderin nəvəsi Həsən Xomeyni ayrıca çıxış ediblər.
Qaynarinfo bu barədə BBC-nin fars bölümünə istinadən xəbər verir.
Xameneyi bu gün çıxışında ölkənin dərin iqtisadi və siyasi böhranları və çatışmazlıqlarına işarə etmədən ölkənin mövcüd durumun qənaətbəxş hesab edib.
Həmçinin o, keşmiş günlərdə hayata keçirilən etirazlar haqqında bir şey qeyd etmədən, Qərb ölkələri, xüsusi ilə ABŞ və İsraili İranda təhlükəsizliyi pozmaqda və ölkəni dağıtmaq istəməkdə ittiham edib.
Həmçinin mərasimdə Ruhullah Xomeyninin ölümünün otuz üçüncü ildönümündə İran İslam respublikasının banisinin nəvəsi Həsən Xomeyninin çıxışı zamanı bəzi iştirakçılar tərəfindən ona qarşı şüarlar səsləndirilib.
İran televiziyası da onun çıxışı zamanı fasiləsiz olaraq etiraz və hay küy salan bir neçə insanı göstərib.
Bu hərəkət isə müxtəlif reaksiyalara səbəb olub.
O cümlədən Əli Xameneyi bu haqda deyib: "Mənə dedilər ki, Həsən Xomeyninin çıxışı zamanı hay-küy qaldırıblar. Mən bu cür təxribat və səs-küylə razı deyiləm, bunu hamı bilsin".
Qeyd edilir ki, son iki ildə Xomeyninin vəfatının ildönümləri koronavirusa görə keçirilmıyib, lakin keçmiş illərdə, xüsusilə də 2016-ci ildə bəziləri Həsən Xomeyninin çıxışını pozmağa çalışıblar.
M.Arif