Xəbər lenti

Xorvatiyada prezident seçkisinə müxalifətin namizədi liderlik edir
Dünya05:08 23.12.2019

Xorvatiyada prezident seçkisinə müxalifətin namizədi liderlik edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç bazar günü keçirilən prezident seçkilərindən sonra liderdir, bununla belə, səslərin 50%-dən çoxunu əldə edə bilməyib.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından məlumat verilib.

Seçki bülletenlərinin 96%-nin sayılmasının nəticələrinə görə, Milanoviç 29,6% səs toplayıb. Onun arxasınca 26,77% səs toplayan ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç gəlir. Üçüncü yeri müğənni və musiqiçi Miroslav Şkoro tutur, seçicilərin 24,37%-i ona səs verib.

Namizədlərdən heç biri 50%-dən çox səs toplamayıb, bu da seçkilərin ikinci turuna ehtiyac olduğunu göstərir.

5 yanvar 2020-ci ildə keçiriləcək ikinci turda, ilk seçki mərhələsinin nəticələrinə görə, ən çox səs toplayan iki iddiaçı iştirak edəcək.