Xəbər lenti

Xoşqədəm Hidayətqızının verilişi hər gün yayımlanacaq
Ölkə09:15 01.05.2015

Xoşqədəm Hidayətqızının verilişi hər gün yayımlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır. 

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, aparıcı həftəiçi beş gün yeni verilişlə efirə çıxacaq. 

Onun sözlərinə görə, gündəlik efir “Xoşqədəmlə axtarıram səni”nin təfərrüatları ilə bağlı olacaq:"Həftənin bazar günü yayımlanan verilişimiz də olduğu kimi yerində qalır. Yeni layihənin adını isə hələlik açıqlamaq istəmirəm”. 

X.Hidayətqızı "Axtarıram səni"nin ilk buraxılışından razı qalmadığını etiraf edib: 

“Düzdür, reytinq yüksək oldu. Amma heç də ürəyimcə veriliş alınmadı. Çünki arxivimiz yox idi. Verilişi cəmi 1 həftəyə hazırladıq. Komandamız gecə-gündüz işlədi. Mənim üçün keçmişdəki söz-söhbətlər bitdi. Hər kəsdən xahiş edirəm ki, ötüb gedənlərlə bağlı mənə heç bir sual verməsinlər".

Qaynar.info