Xəbər lenti

Xüsusi təyinatlılar Berlində əməliyyat keçirir, atışma səsləri eşidilir (FOTO)
Dünya 12:42 03.03.2024

Xüsusi təyinatlılar Berlində əməliyyat keçirir, atışma səsləri eşidilir (FOTO)

Almaniya xüsusi təyinatlıları Berlində əməliyyat keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, əməliyyat Fridrixşayn ərazisində Qırmızı Ordu Fraksiyasının (RAF) terrorçularının axtarışı çərçivəsində həyata keçirilir.

"Eyni zamanda ərazidə atışma səsləri eşidilir", deyə məlumatda bildirilir.

"Bild"in məlumatına görə, azı iki nəfər saxlanılıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Fevralın 17-də Almaniya polisinin Vuppertal şəhərinin dəmir yolu vağzalında xüsusi əməliyyat keçirməsi xəbəri yayılıb. Nəticədə iki nəfər - kişi və qadın saxlanılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->