
Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin "Sokol" xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində "Onik" təxəllüsü ilə tanınan erməni avtoritet Qadi Kaloyan həbs olunub.
Qaynar.info "Praym Kraym" saytına istinadən xəbər verir ki, onunla birlikdə cangüdəni boks üzrə idman ustası Zöhrab Ozmanyan da saxlanılıb.
Elə həmin gün Ukrayna Miqrasiya Xidməti Kaloyan haqqında 3 il xaricə çıxmamaq barədə qərar vermişdi.
Saytın verdiyi xəbərə görə, Kaloyan bu ilin iyulun 12-də Moskvada Ded Xasanın ailəsinə ən yaxın adam olan Valeri Farizov tərəfindən "taclandırılmışdı".
Qaynar.info