Tarixin ən acımasız qatili 82 yaşlı Çarlz Menson ABŞ-dakı xəstəxanaların birinə yerləşdirilib.
AzNews.az xəbər verir ki, qatil Çarlz Mensonun qəfil səhhəti pisləşib və o, ömürlük həbs cəzasını çəkdiyi Kaliforniya ştatındakı xəstəxanalardan birinə köçürülüb. Qatilinin səhhətindəki problemin nə olması ilə bağlı açıqlama verilməyib.
Çarlz Menson 1969 cu ildə üç dostu ilə birlikdə aralarından rejissor Roman Polanskinin 9 aylıq hamilə arvadının da olduğu yeddi nəfəri vəhşicəsinə öldürüb.
Manyak 1972-ci ildən bəri həbsxanada, birnəfərlik hücrədə saxlanılır.
Qaynarinfo.Az