Xəbər lenti

Yaddaşı gücləndirən 5 qida
Dünya11:28 25.07.2014

Yaddaşı gücləndirən 5 qida

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir dövrün ən böyük problemindən biri də yaddaşsızlıqdır. Yaddaşıgücləndirmək və beynin fəaliyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanmaşərtdir.

Sizə beyin üçün ən faydalı 5 qidanı təqdim edirik:

Taxıllar

Beyin karbohidratı çox sevər. Beyin qida ilə qəbul edilən enerjinin20 faizini xərclədiyini də düşünsək yediyimiz yeməklərin əhəmiyyəti birxeyli artır. Tam taxıllı çörək və yulaf əzməsi ilə günə başlamaq günboyunca beyinin çox yaxşı işini və özünüzü yaxşı hiss etmənizi təminedəcək.

Somon balığı

Omeqa 3 mənbəyi olan somon kimi soyuq dənizlərdə yaşayan yağlı balıqlar beyni həm qoruyur, həm də bəsləyir. 
Omeqa 3, beyin hüceyrələrinin inkişafını da təmin edir. Odurki, uşaqların rasionunda yer alması yaxşı olardı. Həftədə ən az 2 dəfəsomon yemək beyin üçün çox faydalı olacaq. Çünki tərkibində olan faydalıyağ beyinin təməl tərkibinə təsir edir və inkişafını təmin edir.

Qoz 

Beyni qidalandıran ən təsirli ləpəlidir. Quru qoz həm omeqa-3, həm dəsinklə zəngindir. Bu xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün güclüyaddaş qoruyucusu hesab olunur. Qoz yağı əsəb sinirlərini sakitləşdirir,tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal vəüzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq vədiş qanamasını müalicə edir. 

Yumurta 

Yumurta lesitin və B vitaminləri olduqca zəngin olduğuna görə beyniqidalandırır və yaddaşı gücləndirir. Yumurta qida rasionunda nizamlıolaraq qəbul edildikdə onun orqanizmə verəcəyi təsir də yüksəlir.Yumurtanın sarısında ümumiyyətlə, vitamin daha çoxdur, yəni A, B1, B2,D, E, PP və eyni zamanda, ferment, doymamış yağlar var. Yumurtanın məhzsarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nintərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insanorqanizminə yalnız qida vasitəsilə daxil ola bilər. 

Şokolad

Tərkibində kakao olduğuna görə beyində olan qan axışınısürətləndirir. Şokoladın tərkibində olan kakaonun 50 faizdən çoxubeyinə müsbət təsir göstərir. (tabloid)

Qaynar.info