Xəbər lenti

Yadigar Sadıqov məhkəməyə hazırlaşır
Siyasət14:26 17.02.2014

Yadigar Sadıqov məhkəməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavatçı məhbus Yadigar Sadıqovun hüquqlarını müdafiə edən ictimai komitənin sədri Elman Fəttah Bakı İstintaq Təcridxanasında olub. 

O, “Media forum” saytına deyib ki, Yadigar Sadıqovun əhvalı yaxşıdır: “Səhhətindən, saxlanma şəraitindən şikayəti yoxdur. Apellyasiya prosesinə hazırlıq görür. Ona qarşı ittihamları qəti olaraq rədd edir, həbsini qanunsuz sayır”.

Elman Fəttahın sözlərinə görə, Yadigar Sadıqov Müsavat Partiyasının qurultay keçirmək qərarını alqışlayır: “Qurultaya hazırlıqla maraqlandı, bu barədə fikir mübadiləsi apardıq”.

İctimai komitənin rəhbəri onu da deyib ki, Yadigar Sadıqovun apellyasiya şikayətinə nə vaxt baxılacağı hələ məlum deyil.

Müsavat başqanının müşaviri olan Yadigar Sadıqovu ötən il iyunun 27-də tutulub. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunub. Bu il yanvar ayının 13-də Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynar.info