Xəbər lenti

Yadigar Sadıqovdan Müsavatdakı seçkilərə MÜNASİBƏT
Siyasət13:46 30.09.2014

Yadigar Sadıqovdan Müsavatdakı seçkilərə MÜNASİBƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının hazırda həbsdə olan funksioneri Yadigar Sadıqov partiyada keçirilən seçkilərə münasibət bildirib. 

Qaynar.info xəbər verir ki, o, Müsavat Partiyası qurultayında keçirilən seçkiləri demokratiya nümunəsi kimi dəyərləndirib və bu münasibətlə müsavatçıları təbrik edib: 

"Müsavat Partiyasının qurultayında yeni başqan seçkilərinin olduqca şəffaf və demokratik, bütün siyasi təşkilatlara örnək olacaq şəkildə keçirilməsi münasibətilə bütün müsavatçıları, müsavatsevərləri, eləcə də azad və ədalətli seçkilər arzusunda olan vətəndaşlarımızı təbrik edirəm.

Belə demokratik mühitin və nəticələrin əldə olunmasında danılmaz xidmətləri olan İsa Qəmbərə dərin təşəkkürümü bildirir, başqan, MNTK, Məclis seçkilərinin qaliblərini təbrik edirəm.

140-dan artıq mübariz və ləyaqətli insanın iştirakı ilə kəskin rəqabət mühitində keçən Məclis seçkilərində yüksək faizlə səs topladığıma görə qurultay nümayəndələrinə təşəkkür edir, etimadlarına layiq olmağa çalışacağımı vəd edirəm. 

Hörmətlə, Yadigar Sadıqov".

Qaynar.info