Xəbər lenti

Yadigar Sadıqovun işindən apellyasiya şikayəti verildi
Ölkə12:54 02.07.2013

Yadigar Sadıqovun işindən apellyasiya şikayəti verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat başqanının müşaviri Yadigar Sadıqov barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib. “Media forum” saytına danışan vəkil Xalid Bağırov deyib ki, şikayət Lənkəran Rayon Məhkəməsinə iyulun 2-də göndərilib.

İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi saxlayıb. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.